1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Sanki ilk dəqiqədən “Qarabağ”a antipatiya yaranmışdı" - MÜSAHİBƏ
"İlk oyundan sonra rəqibi yaxşı tanıdıq. Rəqibi analiz etmişdik, necə oynadıqlarını bilirdik”.
Sportnet.az-ın məlumatına görə, bu sözləri "Qarabağ”ın futbolçusu Maksim Medvedev deyib.
Ağdam klubu Çempionlar Liqasının qrup mərhələsinin V turu çərçivəsində öz meydanında "Çelsi”yə məğlub olub.
Qarşılaşmadan sonra əməkdaşımızın suallarını cavablandıran müdafiəçi fikirlərini bildirib:
"Oyuna yaxşı başladıq, qol imkanlarımız oldu, ancaq Miçelin zərbəsi dirəyə dəydi. Qırmızı vərəqə və penalti bütün planlarımızı alt-üst etdi”.
- Kapitan sarğısını alandan sonra hakimlə danışırdız. Nə hiss edirdiz, qərəzli olduğu hiss olunurdu mimikasında?
- Birinci dəfədi ki, emosiyası olmayan hakim görürdüm. Bütün komanda ilə üstünə getdik ki, penalti verməsin, heç olmasa qırmızı vərəqə vermə. Biz penalti olub-olmadığını dəqiq bilmirdik. Ancaq Rəşadın ilk folunda belə qərar çox ağır oldu. Çox pis təsir etdi komandaya. Bundan sonra psixoloji cəhətdən "sınmamağa” çalışdıq.
- "Qarabağ” ilk 20 dəqiqədə çox yaxşı oynayırdı və topa nəzarət edirdi. Sanki "Qarabağ” öz oyunu ilə hakimi qorxutmuş oldu.
- Sanki ilk dəqiqədən "Qarabağ”a qarşı antipatiya yaranmışdı. İstəyirdi ki, ilk dəqiqələrdən komandanı "sındırsın”.
- Qırmızı vərəqədən sonra baş məşqçi Qurban Qurbanov bütün komandanı başına yığdı. Elə təəssürat yarandı ki, sanki komanda meydanı yarımçıq tərk edir...
- Kənardan elə görünə bilər, ancaq ciddi bir şey deyildi. Belə bir şeyə hazır deyildik, ona görə də təcili şəkildə yerdəyişmələri başa saldı. Fasilədə isə tam başqa sistemə keçdik.
- Formanı kiminlə dəyişdiz?
- Heç kimlə. Oyunda elə vəziyyət yarandı ki, sanki məni futboldan küsdürdülər. Hakim bəzi epizodlarda özünü elə apardı ki…Oyunçuların üzünə baxırdım, sanki oynamaq istəmirdilər.