1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Qarabağ" avrokuboklarla vidalaşdı
"Qarabağ" klubu 2017-2018 mövsümündə Çempionlar Liqasının qrupunda qalıb. Sportnet.az xəbər verir ki, Azərbaycan təmsilçisinin C qrupunu 4-cü pillədə başa vuracağı məlum olub.
Bu, V turun hər iki oyunu yekunlaşdıqdan sonra dəqiqləşib. 2 xala malik "Qarabağ" evdə İngiltərənin "Çelsi" klubuna uduzduqdan sonra Çempionlar Liqasının 1/8 final mərhələsinə vəsiqə şanslarını itirib. Qrupun digər matçında isə "Atletiko" İspaniyada İtaliya "Roma"sını 2:0 hesabı ilə yenərək, xallarını 6-ya çatdırıb.
Bu nəticələrdən sonra "Çelsi" 10 xalla qrup liderinə çevrilib və 1/8 finala vəsiqəni təmin edib. "Roma" 8 xalla 2-ci, "Atletiko" 6 xalla 3-cü pillədə qalıb.
Beləliklə, "Qarabağ" üçün dekabrın 5-də İtaliyada "Roma" ilə keçirəcəyi qrup mərhələsinin son tur matçı formallığa çevrilib. Çünki hətta qələbə belə, Qurban Qurbanovun baş məşqçi olduğu kollektivi dördüncü pillədən irəli getməyə imkan verməyəcək. Əvəzində "Roma" mütləq qalib gəlməlidir. Əks halda, son turun digər qarşılaşmasında "Atletiko" səfərdə "Çelsi"ni yensə, qrup ikincisi kimi, 1/8 finala digər vəsiqəyə sahib çıxacaq.