Topaz Premyer Liqasının XIII turu çərçivəsində keçirilən "Kəpəz” – "Qəbələ” oyununda xoşagəlməz olay yaşanıb.
Sportnet.az-ın Gəncəyə ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, meydan sahiblərinin azarkeşlərindən biri media sektorundakı oturacağın üzərinə çıxıb.
Həmin şəxs Gəncə şəhər stadionunda baş tutan əvvəlki matçlarda da oxşar davranışla diqqət mərkəzinə düşüb.