Çempionlar Liqasının qrup mərhələsinin V turunda İngiltərə təmsilçisi "Çelsi”nin "Qarabağ”a 4:0 hesabı ilə qalib gəldiyi görüşdə dubl edən Villian "Mançester Yunayted”in maraq dairəsinə düşüb.
Sportnet.az "Daily Express”ə istinadən xəbər verir ki, "qırmızı şeytanlar”ın baş məşqçisi Joze Mourinyo 29 yaşlı braziliyalı yarımmüdafiəçinin xidmətində maraqlıdır. Portuqaliyalı mütəxəssis "Çelsi”nin sükanı arxasında olduğu dönəmdə Villian Rusiya "Anji”sindən 30 milyona funt sterlinqə transfer olunub. İndi Mourinyo "sambaçı"nı yenidən öz sərəncamında görmək istəyir.
Qeyd edək ki, Villian İngiltərə Premyer Liqasının sonuncu – XIII turunda "Liverpul” ilə səfər matçı zamanı da fərqlənib. O, qarşılaşmanın 85-ci dəqiqəsində bərabərlik qoluna imza atıb – 1:1.