1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Zaur Axundov: "Onlardan açıqlama gözləyirik" - MÜSAHİBƏ
"Keşlə" futbol klubunun prezidenti Zaur Axundovun Sportnet.az-a müsahibəsi
- Nizami Hacıyev və Mirhüseyn Seyidovun saxlanılmaları xəbəri nə dərəcədə doğrudur?
- AFFA İcraiyyə Komitəsinin üzvü kimi deyə bilərəm ki, danışılmış oyunlarla bağlı milli assosiasiya dəfələrlə seminarlar keçirib, çox ciddi işlər aparılır. Ötən il bu məsələ Cinayət Məcəlləsinə daxil edilib. Son olayla bağlı nə deyə bilərəm? Yəqin ki, hüquq-mühafizə orqanlarına hansısa məlumat daxil olub və Hacıyevlə Seyidov saxlanılıblar. İndi araşdırma gedir. Hüquq-mühafizə orqanlarının apardıqları araşdırmanın nəticəsinə görə əlavə məlumat veriləcək.
- Onlar hansı təcridxanada saxlanılırlar?
- Bilmirik, bizə bu barədə məlumat verilməyib. Araşdırmanın aparılmasından xəbərdarıq. Hüquq-mühafizə orqanlarına nə artıq sual vermək, nə də cavab almaq olur. Biz də gözləyirik. Əlavə məlumat olan kimi gün ərzində paylaşacağıq.
- Axı, hüquq-mühafizə orqanları matç izləyən, danışılmış oyun müəyyənləşdirən deyillər. Yəqin ki, bu futbolçular şikayət əsasında saxlanılıblar...
- Həm İcraiyyə Komitəsinin iclaslarında, həm də danışılmış oyunlarla bağlı klub rəhbərləri ilə görüşlərdə prokurorluq və polisin nümayəndələri də iştirak edirlər. Cinayət işidirsə, bununla AFFA yox, hüquq-mühafizə orqanları məşğul olur.
- Yəni, siz tərəfdən hüquq-mühafizə orqanların müraciət olunmayıb?
- Xeyr.
- Baş məşqçiniz Ramiz Məmmədov demişdi ki, futbolçuların potensiallarından aşağı səviyyədə oynamalarının səbəbini açıqlasa, bu, böyük partlayışa səbəb olacaq...
- Yox, orada nə isə yanlışlıq olub. Bu, sırf hüquq-mühafizə orqanlarının tədbiridir. Onlardan açıqlama gözləyirik. Sübuta yetirilərsə, kimliyindən asılı olmayaraq bu futbolçular ciddi cəzalanacaqlar. Sübuta yetirilməsə, futbol həyatlarını davam etdirəcəklər.
- Noybarın 29-da "Keşlə” Azərbayan Kubokunun 1/8 finalında MOİK-lə qarşılaşan zaman onlar artıq həbs olunmuşdular?
- Vaxtını bilmirəm. Onu bilirəm ki, saxlanılıblar və izahat alınır.
- Siz nə vaxt xəbər tutmusunuz?
- Dünən axşam. Harada saxlanıldıqlarını bilmirəm. Hər yerə zəng vurub, harada saxlanıldıqlarını soruşa bilmərəm ki... Bizə əsas araşdırmanın nəticəsi lazımdır. Bilək ki, həqiqətən də adı çəkilən futbolçular bu işi görüblər, ya yox.
- İcraiyyə Komitəsinin üsvü kimi fikirləriniz maraqlıdır: Sizcə, Azərbaycan futbolunda bu cür danışılmış oyunlar çoxdurmu və bu hadisə oxşar fikirdə olanlara dərs olacaqmı?
- Bu məsələ təsdiqini tapsa, Azərbaycan futbolu üçün böyük ləkə olacaq. Bunun qarşısı ciddi formada alınmalıdır. Belə şeylərə yol vermək olmaz. Keçən ildən danışılmış oyunlar Cinayət Məcəlləsinə daxil edilib. Yenə də deyirəm: İcraiyyə Komitəsinin iclaslarında hüquq-mühafizə orqanlarının məsul şəxsləri də iştirak ediblər. Hərənin öz araşdırması var. Bu işdə qolları varsa, qayda-qanunla cəzalanacaqlar.
- Özünüz onların danışılmış oyunlar təşkil etməsini hiss etmişdiniz?
- Hiss etmək başqadır, sübuta yetirmək başqa.
- Yəni, bilərəkdən oynamaqdıqlarına dair şübhələriniz olubmu?
- Komanda Premyer Liqada son 7 oyunda uduzub. Amma bu, futboldur. Hər komandada eniş və yüksəliş olur. Sübut olunmamış məsələni deyə bilmərəm.