1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Yunis Hüseynov: "Əziyyət çəkməliyik"
"Qələbə qazanmaq üçün istəkli idik. Avropa Liqasına vəsiqə qazanmaq üçün ən yaxın yol kubokdur. Futbolçularla danışmışıq, kubokda bacardıqca irəli getmək istəyirik.
Sportnet.az-ın məlumatına görə, bunu "Kəpəz"in baş məşqçisi Yunis Hüseynov "Binə"ni 3:0 hesabı ilə yendikləri Azərbaycan Kubokunun 1/8 final matçından sonra deyib. 52 yaşlı mütəxəssis kubok şanslarını dəyərləndirmək fikrində olduqlarını vurğulayıb: "Desək ki, çempionat oyunlarında hamını məğlub edib 2-ci və ya 3-cü yeri tutacağıq, bu, yalan olar. Amma kubokda şanslarımızı dəyərləndirmək fikrindəyik. Finala kimi getmək arzusundayıq. Təbii ki, bunun necə olacağını zaman göstərəcək".
Hüseynov "Binə” ilə oyunun ilk hissəsindən narazılıq ifadə edib: "Fasiləyədək komandamız zəif çıxış etdi. Səhvlərimiz çoxdur, bunun üzərində işləməli və əziyyət çəkməliyik. Rəqibdən xoşum gəldi, yaxşı komanda qurublar. Onlara uğurlar arzu edirəm”.
Qeyd edək ki, "Kəpəz" 1/4 finalda "Keşlə" ilə üz-üzə gələcək.