1 | Qarabağ | 20 | 50 |
2 | Araz-Naxçıvan | 20 | 42 |
3 | Zirə | 20 | 36 |
4 | Turan Tovuz | 20 | 35 |
5 | Sabah | 20 | 28 |
6 | Sumqayıt | 20 | 21 |
7 | Neftçi | 20 | 18 |
8 | Şamaxı | 20 | 17 |
9 | Səbail | 20 | 15 |
10 | Kəpəz | 20 | 14 |
Ətraflı |
Hesab oyuna görə oldu
"Maraqlı və gərgin oyun izlədik. Hər iki komandanın qələbə qolunu vurmaq üçün şansları var idi. Bu gün futzal adına yaxşı oyunun şahidi olduq. Hesab oyuna görə oldu".
Sportnet.az xəbər verir ki, bunu futzal üzrə Azərbaycan millisinin baş məşqçisi Joze Alesio Da Silva İsfahandakı turnirdə İranla 3:3 hesablı heç-heçə etdikləri ilk oyundan sonra AFFA-nın rəsmi saytına açıqlamasında deyib. O, turnirin keçirildiyi zaldakı örtüyün vəziyyətinə diqqət çəkib: "İranda ilk məşqimizi keçirdikdən sonra örtüyün - terafliksin bir qədər ağır olduğunu gördük. Təbii ki, bunu bəhanə kimi qeyd etmirik".
Futzalçıların aqressiv çıxışına gəldikdə, braziliyalı mütəxəssis bununla bağlı xüsusi göstəriş vermədiyini söyləyib. O, rəqib haqda da danışıb: "İran millisi barədə də xoş sözlər demək olar. Komanda dünya çempionatının bürünc mükafatçısıdır. Artıq Rusiya ilə oyunu düşünməliyik”.