1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Əfran İsmayılov: "Mənim üçün forma dəyişmək maraqlı deyil" - MÜSAHİBƏ
"Bizim itiriləsi heç nəyimiz yox idi. "Roma" üçün vacib oyun idi. Bu oyuna ciddi hazırlaşmışqdıq. Çempionlar Liqasındakı son oyunumuz idi. Yaxşı nəticə ilə başa vurmaq istəyirdik. 0:1 hesabı ilə məğıub olsaqda yaxşı mübarizə apardıq. Biz də nəticə qazanmaq istəyirdik. "Roma"da elə futbolçular var ki, hər bir şansdan istifadə edirlər. Bir şansları oldu. O epizodda da qol vurdular. Ümumi götürsək yaxşı oyun alındı. Çempion olub bu turnirdə yenidən iştirak etmək istəyirik".
- Çempionlar Liqası başa çatdı. Bu oyunlar barədə nə deyə bilərsən?
- Ümumimi götürsək yaxşı nəticə qazandıq. Güclü klubları Bakıya gətirdik. Bu Azərbaycan futbolu üçün böyük addımdır. Xallar da qazanmaq istəyirdik. "Atletiko"dan iki xal götürdük. "Çelsi" ilə oyunda qırmızı kart aldıq. Səfərdəki oyun isə ilk sınaq idi. Çempionlar Liqasına alışmağa başladıq. "Roma"ya qarşı da yaxşı oyun sərgilədik. Amma onlar yaxşı istifadə elədilər və qol vurdular.
- Heyətdə olan itkilər və qırmızı kartlar sizin oyununuza necə təsir etdi? Bu hallar baş verməsəydi "Qarabağ"ı başqa yerdə görə bilərdikmi?
- Komandada itkilər var idi. Pedro, Rəşad çıxış etmirdi. Buna baxmayaraq baş məşqçi yaxşı heyət qurmaq istəyirdi. Bunu da bacardı. Komanda pis oynamadı. Amma itkilərə baxmayaraq, yaxşı mübarizə apardıq.
- Son oyun idi. Oyundan sonra formanı kiminlə dəyişdin?
- Mən forma dəyişdirmədim.
- Özün istəmədin yoxsa?
- Mənim üçün forma dəyişmək maraqlı deyil. Ona görə dəyişmirəm.
- Bu vaxta qədər forma dəyişməmisən?
- Heç kimdən forma almamışam. Alsamda başqalarına verirəm.