1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Qara Qarayev: "Belə turnirdə oynayırsansa, ehtiyat qüvvən çox olmalıdır" - MÜSAHİBƏ
"Əslində, oyunun daha gərgin keçəcəyini gözləyirdik. Amma ilk hissədə lazımi səviyyədə müdafiə oluna bildik. Lakin birinci və ikinci hissənin ilk 15 dəqiqəsində "Roma"nın təzyiqinə dözə bilmədik".
Sportnet.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın futbolçusu Qara Qarayev deyib.
Ağdam klubu Çempionlar Liqasının qrup mərhələsinin sonuncu turunda səfərdə "Roma"ya minimal hesabla (1:0) məğlub olub.
Oyundan sonra Romaya ezam olunan əməkdaşımızın suallarını cavablandıran yarımmüdafiəçi fikirlərini bildirib:
"İstəmədiyimiz vəziyyətdə qapımızda qol gördük. Qoldan sonra oynamağa çalışsaq da, bizim üçün çətin idi. Çalışdıq, əlimizdən gələni etdik. Düşünürəm ki, qrup mərhələsində ölkəmizi, xalqımızı layiqincə təmsil etdik. Yaxşı çempionat idi, karyeramızın sonuna qədər burda oynasaq yaxşı olar".
- Heyətdə itkilər var idi, xüsusən də müdafiə xəttində. Müdafiədə oynayan digər futbolçuların çıxışını necə dəyərləndirə bilərsən?
- Düşünürəm ki, komanda əlindən gələni etmə çalışırdı. Ən azından qarşımıza qoyulan məqsədin 70, 80 faizinə çatdıq. Belə turnirdə oynayırsansa, ehtiyat qüvvən çox olmalıdır. Düşünürəm ki, növbəti illərdə futbolçularımızın sayı çox olacaq, problemlərlə üzləşməyəcəyik.
- De Rossi ilə formanı dəyişdin. Niyə məhz o?
- Gözümüz öyrəşən De Rossidi (gülür). Dünya çempionatında, Avropa çempionatında oynayan futbolçudu, gözümüz ona öyrəşib.
- Qaranın De Rossi səviyyəsinə çatması üçün nə qədər işləmək lazımdı?
- Bunu müqayisə etmək istəməzdim. Amma mənə o yerdə oynamaq üçün şans yaranmalıdı. O şansı qazandıqdan sonra bu suala cavab verəcəm.