"Neftçi”nin qapıçısı Maksim Vaylo karyerasını Azərbaycan I divizionunda davam etdirəcək.
Bu barədə Sportnet.az paytaxt klubunun baş meneceri Eldəniz Yusifov məlumat verib.
O, bildirib ki, 22 yaşlı futbolçu cari mövsümün sonuna qədər "Sabah”ın formasını geyinəcək. O, aşağı liqa klubuna icarəyə verilib.
Qeyd edək ki, "Sabah” I divizionun debütantıdır.