1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Əsas istəyimiz “Kəpəz”in uğursuzluğa son qoymasıdır"
"Hamını bayramlar münasibətilə təbrik edirəm. Həmrəy olmalı, birlik içərisində yaşamalıyıq".
Sportnet.az-ın məlumatına görə, bunu "Kəpəz"in futbolçusu Tural Rzayev Gəncə klubunun rəsmi saytında "Komandanın futbolçuları əlamətdar bayramlarda xalqımıza, eləcə də özlərinə nə arzulayırlar?" sualını cavablandırarkən deyib. O, daha sonra əlavə edib: "Yeni il yeni arzular, yeni istəklər deməkdir. Bizim əsas istəyimiz "Kəpəz”in uğursuzluğa son qoymasıdır. 2018-ci ildə komandamızın yenidən qələbələrlə azarkeşləri sevindirməsinə çalışacağıq. Bütün gücümüzü bunun üçün səfərbər edəcəyik. İnanırıq ki, hər şey yaxşı olacaq. "Kəpəz”in heyətində daha yaxşı oynamaq və bununla da komandanın liderlərindən biri olmaq istəyirəm. Əsas arzum "Kəpəz”ə faydalı olmaqdır. Özümə həm də can sağlığı, zədəsiz mövsüm arzu edirəm. İdmançı üçün əsas zədə almamaqdır. Pul da həyatda vacibdir (gülür), amma canın sağlam olmasa, pul qazana bilməzsən”.