1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
“Neftçi” antirekordçu oldu
Futzal üzrə Yüksək Liqada ikinci dörvə başa çatıb.
Sportnet.az Azərbaycan Futzal Federasiyasının rəsmi saytına istinadən məlumatına görə, mövsümün arxada qalan müddətində hakimlər 14 qırmızı vərəqə göstəriblər. Yüksək Liqanın cari mövsümündə ilk "qırmızı" ilə II turda "Xəmsə”nin üzvü Elçin Zeynalov "tanış” olub. Elə növbəti turda da qırmızı vərəqəni "Xəmsə”nin oyunçusu alıb. Bu dəfə Qüdrət İsmayılov "fərqlənib”.
Antirekord isə "Neftçi”yə məxsusdur. İki dövrə ərzində bu komandanın 4 futzalçısı oyunu erkən başa vurmalı olub.
Bəzi oyunlarda komanda bunun fəsadlarını yaşayıb. "Xəmsə” və "Yasamal” komandaları növbəti pillədə qərarlaşıb. Bu komandaların hər birinin 3 oyunçusu qırmızıda "ilişib”.
Ən çox qırmızı vərəqə isə III turda göstərilib. Dörd futzalçı meydanı erkən tərk etməli olub. Ümumiyyətlə, Yüksək Liqada çıxış edən 7 klubdan yalnız "FK.İD.Futsal” "qırmızı" ilə tanış olmayıb.
Elçin Zeynalov ("Xəmsə”, II tur, 2-ci sarı)
Qüdrət İsmayılov ("Xəmsə”, III tur, 2-ci sarı)
Teymur Mirzəyev ("Yasamal”, III tur, birbaşa)
Əsgər Abbasov (EKOL, III tur, 2-ci sarı)
Elnur Zamanov ("Neftçi” İK, III tur, birbaşa)
Eduardo Borges ("Araz”, V tur, 2-ci sarı)
Zalış Səmədzadə ("Xəmsə” VI tur, 2-ci sarı)
İsa Atayev ("Araz” VI tur, birbaşa)
Rüstəm Bağırzadə ("Marafon Futsal”, VII tur, birbaşa)
Sadiq Cavid ("Neftçi” İK, VII tur, birbaşa)
Məhəmməd Şahsavari ("Yasamal” FK, VIII tur, 2-ci sarı)
Tural Qurbanov ("Neftçi” İK, X tur, birbaşa)
Əjdər Əjdərov ("Neftçi”İK, XI tur, 2-ci sarı)
Omid Oraz ("Yasamal”, XIV tur, 2-ci sarı)