Futzal üzrə Azərbaycan milli komandası İran yığması ilə bu gün növbəti yoldaşlıq oyunu keçirib. Sportnet.az-ın məlumatına görə, matç millinizin 1:4 hesablı məğlubiyyəti ilə başa çatıb.
Bakı İdman Sarayında saat 21:00-da başlayacaq oyunu FİFA referiləri - Elçin Səmədli, Ramil Namazov, Yusif Nurullayev idarə edib.
Qeyd edək ki, bu komandalar arasında bir gün əvvəl keçirilmiş oyun 3:3 hesabı ilə başa çatıb.
Azərbaycan - İran 1:4
Qollar: R. Çovdarov, 18:27 // H. Tayebi, 11:32, A. Orauji, 16:17, M. Oladjhobad, 32, F. Tavakkoli, 36:27
Sarı vərəqələr: İ. Atayev, 0:54, V. Borisov, 3:30, F. de Araujo, 31:10, E. Kardoso, 34:36 // A. Orauji, 18:30, S. Ahmadabbasi, 27:05:
Azərbaycan
1. Emin Kürdov (q), 13. Everton Kardoso, 14. Vitali Borisov, 7. Ramiz Çovdarov, 4. İsa Atayev, 12. Rövşən Hüseynli (q), 19. Anar Məmmədov (q), 8. Rizvan Fərzəliyev (k), 6. Eduardo Borges, 5. Fineo de Araujo, 11. Xətai Bağırov, 2. Samir Həmzəyev, 18. Namiq Məmmədkərimov, 15. Nihad İsmayılov
Baş məşqçi: Joze Alesio Da Silva
İran
1. Sepehr Mohammadi (q), 10. Huseyn Tayebi, 8. Abulhasem Orauji, 13. Farhad Tavakkoli, 11. Mehran Aliqadr, 2. Alireza Samimi (q), 7. Aliasger Hasanzade (k), 5. Hamid Ahmadi, 17. Qhodrat Bahadori, 14. Mahdi Cavid, 19. Mohammad Şayari, 9. Saed Ahmadabbasi, 12. Moslem Oladjhobad
Baş məşqçi: Mohammad Nazemalşarieh