1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Millimizin baş məşqçisi müdafiədəki boşluqdan danışdı
"Bugünkü oyunda hamıya şans verməyə və yekun heyəti müəyyənləşdirməyə çalışdım. Əlbəttə, iki gün ərzində belə güclü rəqiblə ardıcıl oyunlar keçirmək çox çətindi.
Sportnet.az-ın məlumatına görə, bunu futzal üzrə Azərbaycan millisinin baş məşqçisi Joze Alesio Da Silva İranla keçirdikləri ikinci yoldaşlıq görüşündən sonra deyib.
"Bir neçə futzalçımız var ki, onlar hələ də tam hazır deyillər. Söhbət Fineo və Vitali Borisovdan gedir. Yenə müdafiədə səhvlərə yol verdik. Avropa çempionatına 6-7 gün vaxtımız qalıb. Bu müddət ərzində çatışmazlıqları aradan qaldırmağa çalışacağıq. Komandada hücumameyilli oyunçular çoxluq təşkil edir. Buna görə də müdafiədə boşluqlar yaranır. Bunu düzəltməliyik”.
Qeyd edək ki, Azərbaycan - İran matçı yığmamızın 1:4 hesablı məğlubiyyəti ilə başa çatıb.