Azərbaycan və Portuqaliya yığmaları arasında keçirilən futzal üzrə Avropa çempionatının 1/4 final matçında qalmaqal baş verib.
Sportnet.az-ın məlumatına görə, insident 28-ci dəqiqədə millimizin futzalçısı Ramiz Çovdarovun het-trik müəllifi Rikardinyoya qarşı kobud oyunundan sonra yaşanıb.
Bu zaman Azərbaycan Futzal Federasiyasının prezidenti Zaur Axundov da məsələyə müdaxilə edib. Axundov Rikardinyonu əli ilə itələyib. Portuqaliyalı futzalçı isə ona eyni qaydada cavab verib.
Qeyd edək ki, görüşü 8:1 hesablı qələbə ilə başa vuran Portuqaliya millisi yarımfinala yüksəlib.