Çinin "Fortune" klubu İspaniyanın "Barselona" klubunun ulduz futboçusu Lionel Messini heyətinə cəlb etmək üçün üçün əlindən gələni edir.
Sportnet.az xəbər verir ki, Kataloniya təmsilçisi ilə 2021-ci ilə qədər müqaviləsi olan argentinalı barədə daha bir transfer iddiası ortaya atılıb.
"Mundo Deportivo"da yer alan xəbərə görə, Çinin Fortune klubu Messinin müqaviləsindəki 700 milyon avroluq sərbəst qalma maddasini ödəməyə hazırdır.
Ulduz futbolçu bu klubdan gələn təklifi rədd etsə də, komanda daha bir möhtəşəm təklif üçün hazırlaşır.
"Fortune" argentinalı futbolçuya həftəlik 1.7 milyon avro təklif edəcək. Bu futbolçu üçün illik 88.5 milyon avro deməkdir.