1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Avropa çempionatında tarixi nailiyyət - FOTOLAR
Futzal üzrə Portuqaliya milli komandası tarixində ilk dəfə Avropa çempionu olub. Sportnet.az-ın məlumatına Jorje Brazın baş məşqçi olduğu kollektiv Sloveniyada keçirilən yarışın finalında 7 qat Avropa çempionu İspaniyaya qalib gəlib - 3:2.
Qarşılaşmanın əsas vaxtı 2:2 hesablı heç-heçə ilə yekunlaşıb. İlk dəqiqənin tamamında çempionatın bombardiri Rikardinyo hesabı açsa da, 19-cu dəqiqədə Mark Tolra bərabərlik qolunu vurub. İkinci hissədə də tərəflər hərəyə bir qol vurublar. 32-ci dəqiqədə Linin qoluna Portuqaliya millisi 39-cu dəqiqədə Bruno Koelyonun dəqiq zərbəsi ilə cavab verib.
Qaydalara əsasən, bu halda əlavə vaxt təyin olunub. 5 dəqiqədən ibarət iki hissə zamanı Portuqaliya millisi zədə üzündən çempionatın bombardiri Rikardinyonun xidmətindən məhrum olub. Lakin sona 1 dəqiqə qalmış İspaniya cərimə zərbəsi ilə cəzalanıb. Portuqaliya yığmasından Bruno Koelyo bu fürsətdən yararlanaraq, Avropa çempionu adına layiq görülüb. Rikardinyo isə çempionatın ən yaxşı oyunçusu seçilib.
Bürünc medalı isə 3-cü yer uğrunda görüşdə Qazaxıstana 1:0 hesabı ilə qalib gələn İspaniya qazanıb.