Futzal üzrə Yüksək Liqanın XV turu çərçivəsində keçirilməli olan "Neftçi” İK – "Yasamal” İK oyunu təxirə salınıb.
Sportnet.az-ın məlumatına görə, buna səbəb "Neftçi”nin 5 futzalçısının səhhətində problem yaranmasıdır. Belə ki, bu gün müayinədən keçən komandanın üzvlərində kəskin respirator xəstəliyi aşkarlanıb və həkim oyunçuların azı 1 həftə yataq rejimində qalmalı olduğunu bildirib.
Bunu nəzərə alan futzal federasiyası "Neftçi” İK – "Yasamal” İK oyununu qeyri-müəyyən vaxta təxirə salıb. Digər 2 oyun əvvəlcədən təyin edildiyi vaxtda başlayacaq.
"Araz” – EKOL
14 fevral. Bakı İdman Sarayı. Saat 14:30
"FK.İD.Futsal” – "Marafon Futsal”
14 fevral. Bakı İdman Sarayı. Saat 16:00