Futzal üzrə Yüksək Liqada XVII turun 2 oyunu keçirilib.
Sportnet.az-ın Azərbaycan Futzal Federasiyasının rəsmi feysbuk səhifəsinə istinadən verdiyi məlumata görə, açılış oyununda autsayderlər qarşılaşıb.
Məhsuldar alınan matçda "Yasamal” əvvəlcə 10 cavabsız top vurub. Bundan sonra "ayılan” "Xəmsə” rəqibini 4 dəfə cəzalandırıb. Fərqin azaldığını görən "Yasamal” yenidən qolları sıralayıb.
Yekunda 6 xallıq fərq qorunub və "Yasamal” mövsümdə üçüncü qələbəsini qazanıb. Maraqlıdı ki, "Yasamal” əvvəlki 2 qələbəsini də "Xəmsə” ilə dueldə aktivinə yazdırmışdı.
Turun mərkəzi oyununda ilk matçdakı qədər qol vurulmasa da, qarşılaşma gərginliyi ilə yadda qalıb. Birinci və ikinci dövrədəki oyunlarda 4 top fərqi (4:0, 6:2) ilə qalib gələn "Marafon Futsal” seriyanı davam etdirmək niyyətində idi.
"Yasamal” FK – "Xəmsə” (8:0) 12:6
Qollar: M. Cahandost, 3:10, 5:40, 16:55, 17:16, 17:55 (10 m.), 27:11, 35:50, V. Vorobyov, 5:20, S. Cavid, 8:50, 11:42, 25:39, M. Hayatbini, 39:04 // Ə. Həsənov, 31:18, S. Əmirov, 33:17, 34:20 (10 m.), 38:27 (10 m.), Y. Ağakərimov, 33:50, Ə. Əlizadə, 36:40
"Marafon Futsal” – EKOL (3:1) 5:2
Qollar: E. Barati, 13:06, 13:22, İ. Hacıyev, 19:59, O. Talebi, 34:50, İ. Zeynalov, 38:43 // R. Əhmədov, 16:43, 39:33