
"Zirə"nin futbolçusu Tellur Mütəllimov "Neftçi" ilə Topaz Premyer Liqası matçında bərabərlik qolu zamanı diqqət mərkəzinə düşüb. Sportnet.az-ın məlumatına görə, qarşısındakı bütün rəqiblərini keçən gənc oyunçu komanda yoldaşı Comal Uilyamsın fərqlənməsinə şərait yaradıb. Bu epizodu "CBC Sport"un şərhçisi Elnur Məmmədli "Qoğalın nağılı"na bənzədib...