1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Bəxtiyar Həsənalızadə: "Bu, o, demək deyil ki, milli karyeram bitib" - MÜSAHİBƏ
Topaz Premyer Liqasının 17-ci turunda səfərdə "Keşlə"ni 2:1 hesabı ilə məğlub edən "Sumqayıt"ın müdafiəçisi Bəxtiyar Həsənalızadə oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.
Sportnet.az-ın məlumatına görə, o, öncə oyun haqda fikirlərini söyləyib:
"Çox ağır oyun oldu. Futbolçularımız birinci hissədə bir az ağır oyun sərgilədi. İkinci hissədə toparlanmağa çalışdıq. Düzdür, oyunumuz istədiyimiz kimi alınmasa da, əsas odur ki, qələbə qazanmağı bacardıq”.
- Oyun istədiyiniz kimi alınmadı. Komanda yorğun idi?
- Yorğunluq da var. Bunu məşqçi analiz edəcək. Bütün səhvlərin üzərində işləyəcəyik.
- Ən yaxın izləyiciniz "Neftçi” dünən xal itirdi. Bu sizin oyuna nə dərəcədə təsir etdi?
- Fərqi bir qədər də artıqmaq niyyətindəydik. Bizim üçün çox yaxşı fürsət oldu. Bu görüşə də xüsusi motivasiya ilə çıxmışdıq. Oyunumuzdan da görünürüdü ki, qələbə qazanmaq istəyirik. Çox sevinirəm ki, sonda qələbə qazandıq
- Çox istəkli olmağınız sizin oyuna mane olurdu?
-Düzünü desəm, məndə heç bir həyəcan yox idi. Oyundan öncə ola bilər. Amma oyun vaxtı həyəcanlı deyildim.
- Milli komandaya çağılmamaq sənə təsir edir?
-O, haqda maxsimum dərəcədə düşünmək istəmirəm. Özümü oyunlara kökləməliyəm Hələ ki, çağırımamışam. Bu, o, demək deyil ki, milli karyeram bitib. Hər şeyi zaman göstərəcək. Mən isə daha çox çalışmalıyam.