Türkiyənin "Beşiktaş" klubu İngiltərənin "Sanderlend" klubundan icarəyə götürdüyü Cermeyn Lensin transfer hüququna sahib çıxıb.
Sportnet.az-ın məlumatına görə, İstanbul təmsilçisi yarımmüdafiəçi ilə 5 illik müqavilə imzalayıb.
"Qara qartallar" Lensin transferi üçün İngiltərə təmsilçisinə 4 milyon 89 min avro ödəyəcək.









































































