1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Bu cür oyunlarda itkiyə yol vermək olmaz" - MÜSAHİBƏ
EKOL-un futzalçısı Samir Həmzəyev Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətinin suallarını cavablandırıb. Sportnet.az həmin müsahibəni təqdim edir...
- 6 qol vurduğun matçın bu qədər asan keçəcəyini gözləyirdin?
- Düzdür, 6 top vurdum, amma bunu təkbaşına etmədim. Komanda şəkilində uğur qazandıq. Həm də rəqibin hansı pillədə qərarlaşmasından asılı olmayaraq, biz ciddiliyimizi itirmirik. Bu komanda ilə əvvəlki oyunlarımız daha çətin, gərgin keçmişdi. Belə deyək, qələbə oyuna ciddi yanaşmağımızın nəticəsidir.
- Hər nə qədər "Ciddi yanaşırdıq" desəniz də, turnir cədvəlindəki mövqe fərqləri oyunun hazırlığa təsir etməyə bilməzdi...
- Düşünsəydik ki, autsayderlə oynayırıq və rahat qələbə qazanacağıq, bu, peşəkarlığa yaraşmazdı. Bəs yekunda bunun əksi ilə üzləşsəydik, itirən kim olacaqdı? Hər bir oyunda qələbəyə 3 xal verilir. Rəqibin autsayder oldu və ya lider, fərqi yoxdur. Ona görə bu cür oyunlarda itkiyə yol vermək olmaz.
- Birinci dövrədə 5:3, ikinci dövrədə 7:3 hesabı ilə qalib gəlmişdiniz. Bu dəfə çempionatın hələ ki, ən qollu oyununu izlədik. Üstəlik, hazırkı mövsümdə bir matçda ən çox qol vuran komandası EKOL-dur. Bu göstəricilər EKOL-un güclü, yoxsa rəqibin zəif olmasının göstəricisidir?
- Rəqib zəif idi. Üstəlik, oyunu əvəzetmədən keçirdilər. 40 dəqiqə əvəzlənmədən futzal oynamaq çox çətindir. Yoruldular və müqavimət göstərə bilmədilər.
- Qış fasiləsindən sonra EKOL-un iddialı gələcəyini gözləsək də, hələ bu mənzərənin şahidi deyilik. Axsama nə ilə bağlıdır?
- Bunu izah edə bilməyəcəyəm, çünki səbəbini bilmirəm. "FK.İD.Futsal”la oyunun gedişində hesab 5:1 xeyrimizə idi. Sonra necə oldu ardıcıl 4 qol buraxdıq, bunu anlaya bilmədim. "Araz”a gəldikdə, onların gücü hamıya bəllidir. Bu komanda millinin bazasıdır. "Marafon Futsal”a yenə uduzduq. Görünür, həmin gün rəqibimiz daha yaxşı oynadı. Halbuki onları yensəydik, ikinci yer uğrunda da mübarizə apara bilərdik. Riyazı baxımdan hətta birinci pillə uğrunda da yarışa bilərik. Ancaq reallığı nəzərə alsaq, əsas diqqətimizi üçüncü pilləni tutmağa yönəldəcəyik. Dördüncü dövrə var, gərək ciddi hazırlaşaq və həm "Araz”dan, həm də "Marafon Futsal”dan xallar qoparaq.
- Deməli, mübarizəniz üçüncü yer uğrundadır?
- Üçüncü yerə əsas iddilı bizik. Mümkün olduğu qədər ikinci pillə üçün də mübarizəmizi davam etdirəcəyik. Əsas hədəfimiz mövsümü medalla başa vurmaqdır.
- "Marafon Futsal”ın debüt ilində bu cür qrafik çızacağını gözləmirdin?
- Bizim üçün sürpriz oldu. Arxada qalan 3 oyunda onlara uduzmuşuq və hər dəfə də çox qol buraxmışıq. Heyətlərində legionerləri çoxdur. Ancaq bu heç nəyi dəyişmir.
- Təcrübəli EKOL onları niyə yenə bilmədi?
- Səhvlərimiz çox oldu. Müdafiədə səhvlər edirik, qol buraxırıq. Sonra isə onun qarşılığını vermək çətin olur.
- Ümumiyyətlə, EKOL-da əsas şikayət hücumla, konkret, qol vura bilməməklə bağlıdır. Halbuki ön xətdə sən, Namiq Məmmədkərimov kimi təcrübəli oyunçular yer alıb...
- Bu haqda baş məşqçi danışsa yaxşıdır. Zəif tərəflərimizi onlar bilir. Yəqin ki, yeni mövsüm üçün heyəti gücləndirəcəklər. Komandamız güclüdür, ancaq "Araz”, "Marafon Futsal” kimi komandaların müdafiə xəttini yarmaq çətindir. Ola bilsin, biz bunu bacarmırıq. İstənilən halda, komandamız güclənməlidir.