
O, sıxıntılı günlərdə mübarizədən qopmayan futbolçularına təşəkkürünü bildirib: "Milli komandanın oyunları ilə əlaqədar olaraq, yaranmış fasilədən maksimum yararlanmağa çalışacağıq. Bu sıxıntılı günlərdə mübarizədən qopmayan futbolçulara çox təşəkkür edirəm, qələbəni rəhbərliyə hədiyyə edirəm. Heyətdə gənc futbolçu çoxdur. Buna görə müəyyən çatışmazlıqlar var. Onların üzərində çalışmalıyıq. Bizim hədəfimiz yaxşı futbol oynamaq, liqada qalmaqdır. Nəticə qazanmaqla yanaşı, biz yaxşı oyun sərgiləməyi planlaşdırırıq”.