Birinci divizionda XXI tura start verilib. Sportnet-ın məlumatına görə, ilk oyun günündə iki qarşılaşma keçirilib.
Turnir cədvəlinin lideri "Qaradağ Lökbatan" bu turda da xal itirib. "Binə" ilə qarşılaşan komanda 2:2 hesablı heç-heçəyə razı olub.
Günün digər matçında isə "Ağsu" və "Xəzər" klubları üz-üzə gəlib. 4 qolun vurulduğu qarşılaşmada "Xəzər" rəqibini 3:1 hesabı ilə üstələyib.
29 mart (cümə axşamı)
"Ağsu” – "Xəzər” - 1:3
Qollar: Malik Babayev, 37 - Tural Qurbətov, 26. Vadim Abdullayev, 43. Rəşad Qarayev, 90+3 (öz qapısına)
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Habil Əliyev, Emin Nağıbəyov
AFFA nümayəndəsi: Sabir Mütəllimov
Hakim-inspektor: Rüfət Hüseynov
Ağsu şəhər stadionu
"Binə” – "Qaradağ Lökbatan” - 2:2
Qollar: Seymur Abdullayev, 83. Vüsal Səfərov, 90+2 - Ruslan Tağızadə, 69. Əliqulu Manafov, 85
Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Zeynal Zeynalov, Etibar Həsənov
AFFA nümayəndəsi: Qurban Məmmədov
Hakim-inspektor: Vaqif Ayvazov
Binə qəsəbə stadionu









































































