
"Bavariya" klubu Almaniya Bundesliqasının XXVIII turunda Dortmund "Borussiya"sını darmadağın edib.
Sportnet.az xəbər verir ki, Münhenin "Alyans Arena" stadionunda keçirilən matç 6:0 hesabı ilə ev sahiblərinin xeyrinə başa çatıb.
İlk beş qol birinci hissədə vurulub, 6-cı qol isə matçın sonlarında qeydə alınıb. Robert Levandovski əvvəlki klubu ilə görüşdə het-trikə imza atıb. Tomas Müller, Xames Rodriges və Frank Riberi hərəyə bir dəfə fərqlənib.
"Bavariya" bu qələbə sayəsində xallarının sayını 69-a çatdırıb və turnir cədvəlinin birinci pilləsində qərarlaşıb. "Borussiya" 48 xalla üçüncüdür.
Almaniya Bundesliqası. XXVIII tur
"Bavariya" – "Borussiya" D - 6:0
Qollar: Robert Levandovski – 5; 44; 87. Xames Rodriges, 14. Tomas Müller, 23, Frank Riberi, 45+1