Qış fasiləsindən sonra daha yüksək nəticələr göstərməyə başlayan "Sumqayıt" klubu aprel ayı ərzində 28 günə 7 oyun keçirəcək.
Sportnet.az-ın məlumatına görə, qarşılaşmalardan 3-ü "Keşlə"yə qarşı olacaq. "Gənclik şəhəri" təmsilçisi paytaxt komandası ilə 7 gün ərzində 3 dəfə qarşılaşacaq. Bu oyunlardan 2-si Azərbaycan Kubokuna təsadüf edəcək. Aprelin 12-də səfər oyununa çıxacaq Samir Abasovun baş məşqçi olduğu kollektiv aprelin 18-də rəqibini doğma meydanda qəbul edəcək. Bu komandalar arasındakı Premyer Liqanın XXIII tur qarşılaşması da Sumqayıtda aprelin 15-də olacaq.
"Sumqayıt"ın digər görüşləri isə çempionatın XXI və XXII turlarında aprelin 2-də və 8-də səfərdə "Qəbələ" və "Neftçi"yə, XXIV və XXV turlarda isə aprelin 21-də və 29-da evdə "Qarabağ"la "Səbail"ə qarşı keçiriləcək. Beləliklə, bu komanda aprel ayındakı oyunlarından ilk 3-nü səfərdə, qalan 4-nü isə evdə oynayacaq.