Topaz Premyer Liqasının 21-ci turu çərçivəsində keçiriləcək "Neftçi” – "Səbail” oyununun biletləri satışa çıxarılıb.
Sportnet.az xəbər verir ki, qiymət VİP yerlərə 5 manat, qalan bütün sektorlara isə 1 manat təşkil edir. Biletləri "Bakcell Arena”nın kassalarından və stadionun ərazisindəki rəsmi fan-şopumuzdan əldə etmək mümkündür.
Qeyd edək ki, aprelin 2-də "Bakcell Arena”da keçiriləcək oyun saat 19:30-da başlanacaq.







































































