Futbol üzrə Çempionlar Liqasında 1/4 final mərhələsinə start verilib.
Sportnet.az-ın məlumatına görə, ilk oyun günündə hər iki qarşılaşma qonaqların qələbəsi ilə və 3 qolla yekunlaşıb.
İtaliyada üz-üzə gələn ötənilki finalçılar "Yuventus"la İspaniya "Real Madrid"i arasındakı qarşılaşmada yenə böyük hesab qeydə alınıb. Amma bu dəfə "kral klubu" 4:1 yox, 3:0 hesabı ilə qalib gəlib. Qollardan 2-ni Kriştianu Ronaldu, digərini isə Marselo vurub. "Qoca Sinyora"dan isə Paulo Dibala iki dəfə sarı vərəqə alaraq, meydandan qovulub.
İspaniyanın digər təmsiçisi "Sevilya" isə evdə Almaniya "Bavariya"sına uduzub. Hesabı meydan sahibləri açsalar da, qonaqlar 2 dəfə fərqlənərək, qələbəyə nail olublar.
Bununla da aprelin 11-də keçiriləcək cavab görüşləri böyük ölçüdə formallığa çevrilib.
Qeyd edək ki, 1/4 final mərhələsinin daha 2 ilk oyunu bu gün keçiriləcək. İspaniyada "Barselona" İtaliya "Roma"sını, İngiltərədə isə "Liverpul" "Mançester Siti"ni sınağa çəkəcək.
---------------------------------
Bu gün futbol üzrə Çempionlar Liqasında (ÇL) 1/4 final mərhələsinin ilk oyunları start götürəcək.
Sportnet.az xəbər verir ki, ilk oyun günündə biri İtaliyada, digəri isə İspaniyada olmaqla iki matç baş tutacaq. Turində yarışın ötənilki finalçıları – "Yuventus”la "Real Madrid” qarşılaşacaq. "Qoca sinyora” 1/8 finalda İngiltərə təmsilçi "Tottenhem”i mübarizədən kənarlaşdırdığı halda, "Kral klubu” Fransa çempionu PSJ-nin yolunu kəsib.
Meydan sahiblərinin heyətində Medhi Benatiya və Miralem Pyaniç cəza, Federiko Bernardeski isə zədə üzündən meydana çıxa bilməyəcək. Aleks Sandro ilə Mario Mancukiç durumu isə sual altındadır. "Real Madrid” düşərgəsində ciddi itki yoxdur. Yalnız zədəli Naçonun oynayıb-oynamayacağı dəqiq bilinmir.
Günün digər qarşılaşması Andalusiyada "Sevilya” ilə "Bavariya” arasında olacaq. Avropa Liqasındakı nailiyyətləri ilə ad çıxaran meydan sahibləri anoloji uğuru qitənin ən nüfuzlu klub turnirində qazanmaq istəyirlər. Sonuncu dəfə 2012/13 mövsümündə ÇL-in qalibi olan münhenlilər isə növbəti dəfə kuboku muzeylərinə aparmağı hədəfləyiblər.
İspanlar 1/8 finalda İngiltərə təmsilisi "Mançester Yunayted”dən güclü olublar. Almanlar isə Türkiyə çempionu "Beşiktaş”ı üstələyiblər.
"Sevilya”da Ever Baneqa cəzalı, Xesus Navas izə zədəlidir. "Bavariya” isə uzum müddətir zədəli olan Manuel Noyerlə Kinqsli Komanın xidmətindən yararlana bilməyəcək.
Qeyd edək ki, 1/4 final mərhələsinin digər iki ilk oyunu aprelin 4-də keçiriləcək. "Liverpul” "Mançester Siti”ni, "Barselona” isə "Roma”nı qəbul edəcək.
Çempionlar Liqası
1/4 final, ilk oyunlar
3 aprel
22:45. "Yuventus” (İtaliya) – "Real Madrid” (İspaniya) - 0:3
Qollar: Kriştianu Ronaldu, 3; 64. Marselo, 73
Qırmızı vərəqə: Paulo Dibala, 66 ("Yuventus")
Baş hakim: Cüneyt Çakır (Türkiyə)
22:45. "Sevilya” (İspaniya) - "Bavariya” (Almaniya) - 1:2
Qollar: Pablo Sarabia, 32 - Xesus Navas, 37. Tiaqo Alkantara, 68
Baş hakim: Daniele Orsato (İtaliya)