1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Aleksandr Starkov Latviya millisindən qovuldu
Futbol üzrə Latviya milli komandasının baş məşqçisi Aleksandr Starkov istefaya göndərilib.
Sportnet.az xəbər verir ki, bu barədə qərar Latviya Futbol Federasiyasının İcraiyyə Komitəsinin (İK) iclasına qəbul olunub. Toplantıda yığmanın Millətlər Liqasına hazırlığı müzakirə olunub və komandanın martın 25-də Cəbəllütariqə 0:1 hesabı ilə uduzması vurğulanıb.
Daha sonra səsvermə keçirilib. Nəticədə İK üzvlərindən 6-sı 63 yaşlı mütəxəssislə əməkdaşlığı davam etdirməyin əleyhinə, 3 nəfər isə lehinə səs verib. Milli komanda ilə bağlı növbəti qərarlar İK-nın aprelin 6-da keçiriləcək iclasında qəbul olunacaq.
Qeyd edək ki, Aleksandr Starkov 2001 - 2004, 2007 – 13-cü illərdə də Latviya yığmasına rəhbərlik edib. O, ötən il 3-cü dəfə bu posta təyin edilmişdi. 63 yaşlı mütəxəssis 2012 – 2013-cü illərdə "Bakı”nın da baş məşqçisi olub.
Xatırladaq ki, Latviya yığması iyunun 9-da Riqada Azərbaycan millisi ilə yoldaşlıq oyunu keçirəcək.