1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Ronaldu: "Azərbaycan millisinin də qapısına belə zərbə endirmişdim"
"Mən bir dəfə də belə qol vurmuşdum".
Sportnet.az-ın məlumatına görə, bunu İspaniyanın "Real Madrid" klubunun futbolçusu Kriştianu Ronaldu Çempionlar Liqasının ilk 1/4 final matçında İtaliya "Yuventus"unun qapısından keçirdiyi ikinci top barədə danışarkən deyib. 33 yaşlı hücumçu Portuqaliya millisinin heyətində 2008-ci il Avropa çempionatının seçmə qrup matçı zamanı Azərbaycan millisinin qapısına endirdiyi aşırma zərbəni xatırladıb. O bildirib ki, 2006-ci il oktyabrın 7-də keçirilmiş həmin görüşdə "velosiped" zərbəsindən sonra top qapı tirinə dəyərək, içəri daxil olsa da, qol sayılmamışdı. Bu dəfə isə Ronaldu topun qapıya daxil olduğunu vurğulayıb: "Bu, xoş təsir bağışlayan, yaddaşlarda qalacaq qol oldu. Şübhəsiz ki, "Yuventus"a vurduğum ikinci top mənim ən gözəl qolumdur".
Qeyd edək ki, Kriştianu Ronaldu "Yuventus"la səfər matçında 2 qol vurub. Bununla da təcrübəli hücumçu Çempionlar Liqasında ardıcıl 10-cu oyunda fərqlənərək, qollarının sayını 14-ə çatdırıb və bombardirlər siyahısında liderliyini möhkəmlədib.