Futbol üzrə İngiltərə milli komandasının sabiq futbolçusu və "Çelsi" klubunun keçmiş məşqçisi Rey Uilkins vəfat edib.
Sportnet.az-ın məlumatına görə, o, 61 yaşında dünyasını dəyişib. Uilkins ötən həftə infarkt keçirərək yerə yıxılıb və xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, R.Uilkins 1976-1986-cı illər ərzində İngiltərə milli komandasında çıxış edib. Sabiq yarımmüdafiəçi futbolçu karyerası ərzində İngiltərənin "Çelsi" və "Mançester Yunayted", İtaliyanın "Milan" və Fransanın PSJ klublarında çıxış edib.







































































