Topaz Premyer Liqasının 22-ci turunun "Kəpəz” – "Keşlə” matçının hakimlər briqadasında dəyişiklik edilib.
Sportnet.az-ın məlumatına görə, səhhəti ilə əlaqədar olaraq Gəncəyə gedə bilməyəcək Elvin Əsgərovu baş hakim kimi İnqilab Məmmədov əvəz edəcək. Oyunda dördüncü hakim funksiyasını Rəşad Əhmədov yerinə yetirəcək.
Qeyd edək ki, aprelin 7-də keçiriləcək "Kəpəz" - "Keşlə" matçı saat 15:00-da başlanacaq.





































































