Topaz Premyer Liqasında XXII turun son oyunu keçirilib.
Sportnet.az-ın məlumatına görə, "Bakcell Arena"da "Neftçi" və "Sumqayıt" komandaları üz-üzə gəlib.
FİFA referisi Əliyar Ağayevin idarə etdiyi görüşdə qalib müəyyənləşməyib - 2:2. Hesabı 41-ci dəqiqədə "Sumqayıt"ın yarımmüdafiəçisi Rəşad Eyubov uzaqdan zərbə ilə açıb. İlk yarının sonuncu dəqiqəsində Mirabdulla Abbasov bərabərlik qolunu vurub.
Fasilədən sonra da tərəflər hərəyə bir dəfə fərqləniblər. 63-cü dəqiqədə "Neftçi"nin yarımmüdafiəçisi Namik Ələskərovun baş zərbəsi dəqiq olub. Lakin 79-cu dəqiqədə Cavid İmamverdiyev baxımlı qolla yekun hesabı müəyyənləşdirib.
Bununla da ardıcıl məğlubiyyətsiz oyunlarının sayını 10-a çatdıran "Sumqayıt" xallarını 36-ya çatdıraraq, 3-cü pillədəki mövqeyini qoruyub. "Neftçi" isə 31 xalla 5-ci pillədə qalıb.
Qeyd edək ki, turun digər oyunlarında "Qarabağ" "Səbail"i 1:0 hesabı ilə yenib. "Kəpəz" - "Keşlə" və "Zirə" - "Qəbələ" matçları isə 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.
-----------------------------------
Topaz Premyer Liqasında XXII turun növbəti oyunu keçirilib.
Sportnet.az-ın məlumatına görə "Zirə" doğma azarkeşlər önündə "Qəbələ" ilə üz-üzə gəlib. Qarşılaşma 1:1 hesablı heç-heçə ilə başa çatıb. Görüşün birinci hissəsində qapılara qol vurulmayəb. Hesabı 53-cü dəqiqədə "Zirə" komandası açıb. Meydan sahiblərinin heyətində Milan Duriç penaltidən fərqlənib. Bərabərlik qolu isə 78-ci dəqiqəyə təsadüf edib. Stiven Monroz oyunda son nöqtəni qoyub.
Qeyd edək ki, tura "Neftçi" - "Sumqayıt" matçı ilə yekun vurulacaq.
-----------------------
Bu gün futbol üzrə Topaz Premyer Liqasında XXII tura yekun vurulacaq.
Sportnet.az xəbər verir ki, son oyun günündə iki matç baş tutacaq. Əvvəlcə qış fasiləsindən sonra uğursuz qrafik cızan "Zirə” "Qəbələ”ni qəbul edəcək. Hazırda 34 xalla 4-cü sırada qərarlaşan meydan sahibləri bu qarşılaşmaya dönüş nöqtəsi kimi baxırlar. Topladığı 40 xalla 2-ci yerdə olan qonaqlar isə çempionluq mübarizəsindən qopduqları üçün son matçlarda inamsız təsir bağışlayırlar.
Bu kollektivlərin əvvəlki 11 çempionat görüşündən 3-də "Zirə”, 4-də isə "Qəbələ” qələbə qazanıb. Qəsəbə təmsilçisi son 8 oyunda yalnız 1-də "qırmızı-qaralar”ı məğlub edib.
Turun son oyunu Neftçi” və "Sumqayıt” arasında olacaq. Bu komandaların Avropa Liqasına vəsiqə verən pillələr uğrunda mübarizə aparmaları öz yerində, Kamran Quliyevin qış fasiləsindən sonra Sumqayıt klubunun prezidenti postunu tərk edərək, "ağ-qaralar”a rəhbərlik etməsi intriqaya səbəb olub. Quliyevin "Neftçi”dəki debütünü 2:0 hesablı qələbə ilə korlayan Samir Abasovun komandası səfərdə də qalib gəlmək niyyətindədir. Lakin "Sumqayıt”dan sonra III dövrənin ən yaxşı komandası olan meydan sahibləri də qələbə əzmindədirlər.
Bu komandaların əvvəlki 23 qarşılaşmasından 12-də "Neftçi”, 9-da isə "Sumqayıt” qələbəni bayram edib. Son 6 dueldə meydan sahibi olan tərəf 3 xal əldə edib.
Hazırda 35 xala malik qonaqlar 3-cü, "ağ-qaralar” isə 30 xalla 5-ci sıradadırlar.
Topaz Premyer Liqası
XXII tur
8 aprel (bazar)
16:30. "Zirə” – "Qəbələ” - 1:1
Qollar: Milan Duriç, 54-p - Stiven Monroz, 78
Hakimlər: Rəvan Həmzəzadə, Nahid Əliyev, Vaqif Musayev, Ömər Paşayev
AFFA nümayəndəsi: Sakin Məmmədzadə
Hakim-inspektor: Asim Xudiyev
Zirə İdman Kompleksinin stadionu
İlk üç dövrə: 1:1, 2:1, 1:2
18:30. "Neftçi” – "Sumqayıt” - 2:2
Qollar: Mirabdulla Abbasov, 45. Namik Ələskərov, 63 - Rəşad Eyubov, 41. Cavid İmamverdiyev, 78
Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Namiq Hüseynov, Rəhim Həsənov
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Hakim-inspektor: Məhəmməd Məmmədov
"Bakcell Arena”
İlk üç dövrə: 0:1, 2:1, 0:2
Qeyd edək ki, turun ilk oyun günündə "Qarabağ" "Səbail"i yenib - 1:0. "Kəpəz" - "Keşlə" matçında isə qalib müəyyənləşməyib - 1:1.