1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Qurban Qurbanov: "Tempi artırmalıyıq"
Azərbaycan Premyer Liqasının 22-ci turunda evdə "Səbail”i məğlub edən (1:0) "Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun oyunsonrası mətbuat konfransı keçirilib.
Sportnet.az xəbər verir ki, Qurbanov öncə oyunla bağlı fikirlərini bildirib:
-Vacib 3 xal qazandıq. 4-cü dövrəyə qələbəylə başlamaq istəyirdik. "Səbail” bu gün bir daha çətin rəqib olduğunu göstərdi. Uşaqlar yaxşı mübarizə apardılar. Çətin oyun olsa da, sonda 3 xal qazana bildik. Samir Əliyevə gələn oyunlarda uğurlar arzulayıram.
-Bu gün oyunun tempi aşağı idi. Sizcə, bu temp avrokuboklara uyğundu?
-Əlbəttə, avrokuboklarda sürət daha çoxdu, temp daha artıqdı. Həmçinin, daha sərt mübarizə gedir. Bu gün ilk hissədə oyunun tempi yüksək idi. İkinci hissədə temp bir qədər aşağı düşdü. Lakin dediyim kimi, ilk hissədəki tempdən, sürətdən razı qaldım. Ancaq bu fikirlə razıyam ki, avrokuboklar üçün temp daha artıq olmalıdı.