1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Faruk Miya: "Bura gələndə düşünürdüm ki, ərəb ölkələri kimi olacaq"
- Bu görüşdə "Qarabağ” qələbə qazandı, amma bu, onlar üçün asan olmadı. Rəqibimiz böyük komanda idi. "Səbail” isə yeni futbolçulardan ibarətdir. Penalti epizodu barədə dəqiq bir şey deyə bilmərəm. Əgər hakim belə qərar veribsə, haqlıdır. Futbolda hər şey ola bilər. "Qarabağ” çox güclüdür. Amma 90 dəqiqə ərzində bir qol vurdular, o da penaltidən. Meydan düz, top yumrudur. Şərait hər iki komanda üçün eynidir. Yəni, hər şey baş verə bilər.
- "Standartd”dan "Səbail”ə gəlməkdə peşman deyilsən? Hər halda Belçikada futbolun səviyyəsi Azərbaycandan qat-qat üstündür...
- Qətiyyən peşman deyiləm. Bu addımı atdım və qürur duyuram ki, "Səbail”dəyəm.
- "Səbail"ə transfer olan menecerin açıqlamasın söyləyib ki, daha yaxşı çempionata keçmək üçün bura gəlmisən. Azərbaycan çempionatında bunu reallaşdıra biləcəksən?
- Bu, çox şeydən asılıdır. 7 oyun keçirmişik və mən 6 qarşılaşmada oynamışam. Mövsümün sonunda baxacağıq.
- Uqandada səndən harda çıxış etdiyini soruşanda Azərbaycan adına qəribə yanaşmırlar?
- Azərbaycan haqda danışanda ilk olaraq "Qarabağ”ı düşünürlər. Çünki bu komanda Çempionlar Liqasında oynayıb. Mən bura gələndə düşünürdüm ki, ərəb ölkələri kimi olacaq. Amma gördüm ki, burda olan şərait daha yaxşıdır. Ona görə də özümü xoşbəxt hiss etdim.
- 26 illik Azərbaycan çempionatında çıxış edən ilk uqandalı futbolçu oldun. Bu barədə bilgin var idi? Əgər məlumatın varsa, bu, sənin üçün nə dərəcədə önəm kəsb edir?
- Xoşbəxtəm ki, burdayam. Yeni təcrübə yaşayıram. İlk uqandalı kimi burada çıxış edirəm. Yeni futbolçular və çempionatla tanış oluram.
- Azərbaycan dilində hansı sözləti bilirsən?
- "Salam”, "sağ ol” sözlərini bilirəm. Bəzi sözlər yadımdan çıxıb.
- Baş məşqçi çox tələbkardır?
- Deyə bilmərəm ki, aqressivdir. Amma qalib gəlmək istəyən məşqçi futbolçulardan tələb etməldir.