Azərbaycan Premyer Liqasının XXII turunun "Neftçi” – "Sumqayıt” matçının protokolunda dəyişiklik edilib.
Sportnet.az-ın Peşekar Futbol Liqasının saytına istinadən verdiyi məlumata görə, avtoqol "Sumqayıt"ın üzvü Azər Salahlının passivindən silinib. 63-cü dəqiqədə vurulan qolun müəllifi kimi Namiq Ələsgərov qeyd olunub. Dəyişiklik oyunun baş hakimi Əliyar Ağayevin raportuna əsasən həyata keçirilib.
Qeyd edək ki, "Neftçi" - "Sumqayıt" matçı 2:2 hesabı ilə yekunlaşıb. 









                 





    
    
    
    
    
    
    
    
    























































