1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Neftçi" "İzmir Cup"ı qələbələrlə başa vurdu
"Neftçi” PFK-nın U-12 komandasının iştirak etdiyi Türkiyənin İzmir şəhərində keçirilən "İzmir Cup” beynəlxalq turnirinə yekun vurulub.
Sportnet.az-ın məlumatına görə, komanda B qrupunda İtaliyanın "Sampdoriya” (0:1), İsveçin "Brommapoykarna” (0:2), İspaniyanın "Atletik” (1:3), Türkiyənin "Bucaspor” (0:2), "Fənərbaxça” (1:2) və "Altınordu Lacivert” (0:1) klubları ilə qarşılaşıb.
Növbəti qrup mərhələsində Küveytin "Əl-Ərəbi” (1:1, 0:1) və Azərbaycanın digər təmsilçisi "Qəbələ” (1:1, 2:2) klubları ilə üz-üzə gələn "Neftçi” ardınca "İzmirspor”u (Türkiyə) məğlub edib – 1:0.
Paytaxt təmsilçisi turnirin son günündə Kosovonun "El Klassiko” (1:0) və Türkiyənin "Karşıyaka” (0:0, 4:3 – pen.) klublarını məğlub edib. "Neftçi”nin heyətində Erik Liam 3, Emil Qasımzadə 2 qola imza atıb. Səbuhi İmaməliyev, Lorenzo Mezzotero və Murad Məmmədov isə hərəyə bir dəfə fərqləniblər.
Qeyd edək ki, 56 komandanın iştirak etdiyi turnirin qalibi Hollandiyanın "Alkmaar” klubu olub.