Futbol üzrə Azərbaycan Kubokunda yarımfinal mərhələsinin ilk oyunları üçün bütün təyinatlar açıqlanıb. 
Sportnet.az-ın Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən verdiyi məlumata görə, "Keşlə" və "Sumqayıt" arasında keçiriləcək görüşün əsas və dördüncü hakimləri FİFA referiləri olacaq. "Qəbələ" - "Neftçi" qarşılaşması isə İnqilab Məmmədova tapşırılıb.
Azərbaycan Kuboku
Yarımfinal, ilk oyunlar
12 aprel (cümə axşamı)
"Keşlə” – "Sumqayıt”
Hakimlər: Rəhim Həsənov, Knyaz Əmiraslanov, Vüqar Bayramov, Ömər Paşayev
AFFA nümayəndəsi: Maşallah Əhmədov
Hakim-inspektor: Xaqani Məmmədov
"İnter Arena”, 16:00
"Qəbələ” – "Neftçi”
Hakimlər: İnqilab Məmmədov, Akif Əmirəli, Yaşar Abbasov, Orxan Məmmədov
AFFA nümayəndəsi: Şaiq Həmidov
Hakim-inspektor: Vüsal Əliyev
Qəbələ şəhər stadionu, 18:00









                 





    
    
    
    
    
    
    
    
    






















































