1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Azərbaycanlı bombardir mövsümü erkən başa vurdu
Azərbaycan milli komandasının sabiq futbolçusu Rüfət Dadaşov mövsümü erkən başa vura bilər.
Sportnet.az WN nəşrinə istinadən xəbər verir ki, Almaniyanın Regional Liqasının Şimal-Şərq zonasında (IV Divizion) Berlin "Dinamo"sunun formasını geyinən 28 yaşlı hücumçunun dizində çat aşkarlanıb. Komandasının XXVII turda "Halberştadt” üzərində 4:2 hesablı qələbə qazandığı görüşdə "dubl" etməklə yanaşı, dizindən xəsarət alan forvardın 4 – 6 həftə oynaya bilməyəcəyi müəyyənləşib.
Çempionata mayın 12-də yekun vurulacağından, Dadaşov həmin müddətə qədər bərpasının çətin olacağını söyləyib: "Sol dizimin daxilində çat var. Ən yaxşı halda mayın 21-də Berlin zonası üzrə kubokun finalında oynaya bilərəm”.
"Dinamo” kubokun yarımfinalında "Tennis Borussiya” ilə qarşılaşacaq. Qalibin bir matçla müəyyənləşəcəyi duel aprelin 18-də olacaq.
Qeyd edək ki, Rüfət Dadaşov artıq Almaniyanın III Liqasında çıxış edən "Proyssen Myunster” klubu ilə 2 illik müqavilə bağlayıb. O, yeni komandasına cari mövsüm başa çatandan sonra qoşulacaq. Azərbaycan yığmasına yenidən dəvət alması gündəmdə olan forvard hazırda Regional Liqanın bombardiridir. Onun hesabında 26 qol var.