1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Buffon baş hakimə "zibil vedrəsi" dedi
İtaliyanın "Yuventus" klubunun qapıçısı Canluici Buffon İspaniya "Real Madrid"i ilə Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab görüşünün uzatma dəqiqələrində təyin olunmuş penalti ilə bağlı fikirlərini bölüşüb.
Sportnet.az xəbər verir ki, 40 yaşlı qolkiper 90+3-cü dəqiqədə hakim tərəfindən təyin edilən penaltini düzgün saymayıb.
İngiltərəli baş hakim Maykl Oliveri zibil vedrəsi ilə müqayisə edən Buffon bildirib ki, "Yuventus" qələbə üçün hər şeyi edib: "Bu insan oyundakı bu cür fədakarlıqlardan sonra hər şeyi məhv etməməli idi. Bu qərar penaltinin 1/10-i də deyildi. Bilirəm ki, referi hər şeyi görürdü. Bu, mübahisəli epizoddur. Uzatma dəqiqələrində belə penalti təyin etmək olmaz. İlk yarıda bizim lehimizə təmiz penaltini vermədilər. Ürəyin yerində zibil vedrəsi olmamalıdır. Meydana çıxmağa xarakterin yoxdursa, ən yaxşısı, tribunada həyat yoldaşın və uşaqlarınla otur, "Sprite" içib, çipsdən yeyə-yeyə oyuna bax. Komandanın arzusunu məhv etmək olmaz. Biz azı əlavə vaxtda oynamağa layiq idik".
Qeyd edək ki, oyundan sonra futbolçular tribunanın altındakı binada bir-birlərinin ünvanına təhqirlər və ittihamlar yağdıraraq dalaşıblar. Onları sakitləşdirmək üçün polisin müdaxiləsi lazım gəlib.