
Sportnet.az-ın məlumatına görə, yaş limitinin pozulması halları U-13 və U-16 liqalarında baş verib. U-13 Liqasında İsmayıllı regionu üzrə, "Azəri" TİM – "Gənclik F.T. Gimnaziya" matçında hər iki komanda, "Aran" və "Natavan"la qarşılaşmalarda "Mil-Muğan", U-16 Qızlar Liqasında isə "Fidan"la görüşdə "Vega", "Əhmədli Yunayted"lə qarşılaşmada UGİM (Naftalan) yaş limitini pozub.