Azərbaycan Kubokunun yarımfinal mərhələsində evdə "Sumqayıt"ı 1:0 hesabı ilə məğlub edən "Keşlə"nin futbolçusu Pərdis Fərcad-Azad oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.
Sportnet.az-ın məlumatına görə, hücumçu, öncə matç haqqında danışıb:
- Düşünürəm ki, "Sumqayıt"dan daha yaxşı oynadıq. Rəqib yaxşı komandadır. Top saxlamağı bacarırlar. Mənə elə gəlir ki, bu gün ardıcıl olaraq, 2-3 dəqiq ötürmə verə bilmirdilər. Biz onlara qarşı pressinq tətbiq edirdik. Bu bizim yaxşı oynadığımızdan xəbər verir.
- Bu hesab sizə finala çıxmağa kömək edəcək?
- Əlbəttə. Qol buraxmadıq. Çempionlar Liqasında da bunun şahidi olduq ki, futbolda hər şey ola bilər.
- O səviyyə ilə bu bizim kubok oyunları tam başqadır...
- Düzdür. Biz hələ rahat deyilik. İkinci matça yaxşı hazırlaşmalıyıq.
- "Sumqayıt"ın qapısına vurulan qol Sezar Meza Kollinin fərdi ustalığı idi?
- Mən onun yaxşı zərbə vuracağına inanırdım.
- Adrian Skarlatake də sanki cərimə zərbəsi vaxtı ona nəsə dedi...
- Skarlatake ondan ötürmə verməsini istədi. Sezar Meza Kolli yaxşı ki, ona qulaq asmadı. 1 qol vurduq. O da oyunun taleyini həll etdi.
- Demək olar ki, final şansınız daha çoxdur?
- Xeyr. "Sumqayıt" 2:0 hesabı ilə qələbə qazansa, finala vəsiqə qazanacaq. Biz rəqib meydanında da fərqlənə bilsək, şanslarımız daha yüksək olacaq.
- Klub rəhbərliyi sizi təbrik etdi?
- Xeyr.
- Mükafatla bağlı söz verilib?
- Bəli. Mükafat da var. yaxşı məbləğdir (gülür).
- O pula meydanda can qoymağa dəyər?
- Görmədinizmi ki, necə ürəkl çıxış edirdik (gülür).