"Çətin oyun olacağını bilirdik. Oyuna çox yaxşı hazırlaşmışdıq. Bakıya cavab görüşü baxımından daha sərfəli nəticə ilə yollanırıq. Kubok iki oyundan ibarətdir. Hər şey ola bilər. Cavab oyununa daha yaxşı hazırlaşmalıyıq. Birinci oyundakı yaxşı çıxışı yenidən sərgiləyib, finala vəsiqə qazanmağa çalışacağıq".
Bunu Sportnet.az-a açıqlamasında Azərbaycan Kubokunun yarımfinal matçında səfərdə "Qəbələ"ni 2:1 hesabı ilə məğlub edən "Neftçi" klubunun futbolçusu Namik Ələskərov deyib.
Yarımmüdafiəçi 45-ci dəqiqədə vurduğu qol haqda danışıb: "Bu oyunda çox istəkli idim. Qol vurmaq və komandama kömək etmək istəyirdim ki, qələbə qazanaq. Bu da alındı".
23 yaşlı yarımmüdafiəçi sonda cavab oyunu haqqında fikirlərini bölüşüb: "Ümidimiz finala vəsiqə qazanmaqdır. Əlimizdən gələni edəcəyik ki, o oyunda da sərfəli nəticə ilə finala vəsiqə qazanaq".





































































