Futbol üzrə Avropa Liqasının yarımfinal mərhələsinin püşkatma mərasimi keçirilib.
Sportnet.az-ın məlumatına görə, tədbir UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında təşkil olunub.
Püşk nəticəsində yarımfinal cütlərinin tərkibi belə müəyyənləşib:
"Marsel" (Fransa) - "Zalsburq" (Avstriya)
"Arsenal" (Arsenal) - "Atletiko" (İspaniya)
Finalda "Marsel" - "Zalsburq" cütünün qalibi nominal ev sahibi sayılacaq.
Qeyd edək ki, yarımfinal mərhələsinin ilk oyunları 26 apreldə, cavab görüşləri 3 mayda keçiriləcək. Final qarşılaşması isə mayın 16-da Fransanın Lion şəhərindəki eyniadlı sadionda baş tutacaq.
---------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------
Bu gün İsveçrənin Nyon şəhərində Avropa Liqasının yarımfinal mərhələsinin püşkatma mərasimi keçiriləcək.
Sportnet.az-ın məlumatına görə, UEFA-nın mənzil-qərargahında təşkil olunacaq tədbir Bakı vaxtı ilə saat 14:00-da başlanacaq. Püşk nəticəsində İngiltərənin "Arsenal", İspaniyanın "Atletiko", Fransanın "Marsel" və Avstriyanın "Zalsburq" komandalarından 2 cütlük formalaşacaq. Bu zaman heç bir komanda səpələnmiş və səpələnməmişlər səbətlərinə bölünməyəcək, istənilən klub digərlərindən birinə rəqib ola biləcək. Adları birinci göstərilən kollektiv ilk oyunu öz meydanında keçirəcək.
Eyni zamanda, mayın 16-da Fransanın Lion şəhərindəki eyniadlı stadionda keçiriləcək final görüşü üçün nominal ev sahibi püşk yolu ilə müəyyənləşdiriləcək.
Püşkü çəkməyə Avropa Liqasının səfiri, Fransa milli komandasının sabiq futbolçusu Erik Abidal kömək edəcək. O, kubokun təşkilatçı şəhərə verilməsində də iştirak edəcək.
Yarımfinal mərhələsinin ilk oyunları 26 apreldə, cavab görüşləri 3 mayda keçiriləcək.
Qeyd edək ki, bu, Avropa Liqasında 2017-2018 mövsümünün son püşkatma mərasimi olacaq.