1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Rəşad Sadıqov: "O, tənbəllik etmir" - MÜSAHİBƏ
"Qarabağ"ın futbolçusu Rəşad Sadıqov Topaz Premyer Liqasının XXIII turunda səfərdə "Kəpəz"i 1:0 hesabı ilə məğlub etdikləri oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.
Sportnet.az-ın məlumatına görə, komandanın kapitanı öncə görüş barədə fikirlərini bölüşüb...
- Maraqlı oyun keçdi. Bizim üçün qələbə qazanmaq vacib idi. Qələbə də qazandıq. Gəncədəki oyunlar həmişə ağır keçir. Komandanın sonuncu pillədə olması və iddialı çıxış etməsi bunu dəyişə bilməz. Meydanın vəziyyəti yaxşı da, pis də olsa, buradakı qarşılaşmalar gərgin keçir. Bu görüş də belə oyunlardan biri idi. Matç bizim üçün yaxşı keçdi. Topa nəzarət edən tərəf idik. Rəqibin standart vəziyyətlərində çətinliklə üzləşdiq. Qələbə münasibətilə həm futbolçuları, həm də azarkeşləri təbrik edirəm.
- "Qəbələ” bu tur məğlub olsa, 5 tur öncədən çempionluğunuz təmin olunur...
- Bildiyimə görə, "Qəbələ" uduzsa belə, çempionluğu təmin etmirik. Amma müəyyən üstünlüyümüz var. Sona qədər diqqətli olmalı və mübarizə aparmalıyıq. Futbolda arxayınlaşmaq olmaz.
- Son 5 turun hamısında məğlub olmağınız inandırıcı deyil...
- Əlimizdən gələni edəcəyik ki, yaxşı nəticələr olsun.
- Oyunun ikinci hissəsində sanki komandanız bir az arxayınlaşdı. Bunu hiss elədinizmi?
- Xeyr. Qol vurduqdan sonra bir az arxayınlıq oldu. İlk hissənin sonlarında oyuna nəzarəti itirdik. İkinci hissədə isə meydana daha çox nəzarət edirdik. Mən heç bir arxayınçılıq hiss etmədim.
- Özünüz də qeyd etdiniz ki, standart vəziyyətlərdə çətinliklə üzləşdiniz. Müdafiəçilər sanki rəqibə uduzurdu. Bunun səbəbi nə idi?
- Standart vəziyyətlərdə təkcə müdafiəçilər yox, bütün komanda çətinlik çəkdi. Bu, "Kəpəz”in üstünlüyüdür. Rəqibin heyətində başla yaxşı oynayan futbolçuları var. Bu isə bizim zəif cəhətlərimizdən biridir. İkinci mərtəbədə oynaya bilmirik. Bu gün də biruzə verdi.
- Ramil Şeydayev fərqləndi. Düşünürsünüzmü ki, onun U-21 millisində də olması əlavə motivasiya yaratdı?
- Ramilin qol vurması, yaxşı oynaması bizim üçün sevindirici haldır. Bundan əvvəlki turda da yaxşı oynadı. Sevincidiri hal odur ki, düşdüyü durumdan məyus olmur və sona qədər mübarizə aparır. Artıq onun yaxşı praktikası var. Hər həftə əsas heyətdə oynayır. Tənbəllik etmir. Lazım olsa, əvəzedici heyətdə də oynayır. Bu gün də bəhrəsini gördü.