"Bu, gözəl gün idi".
Sportnet.az-ın məlumatına görə, bunu "Qəbələ"nin futbolçusu Ruslan Qurbanov səfərdə "Neftçi"yə 3:1 hesabı ilə qalib gələrək, finala adladıqları yarımfinal mərhələsinin cavab görüşündən sonra deyib. Azərbaycan millisində də çıxış edən hücumçu qələbəni klub prezidenti Tale Heydərova həsr etdiklərini bildirib: "Biz qələbəni Tale müəllimə həsr etmək istəyirik. Siz bizi həmişə dəstəkləyirsiniz və buna görə sizə minnətdarıq".
Qurbanov "Qəbələ"yə ilk kuboku qazandırmaq üçün əllərindən gələni edəcəklərini və buna çox az qaldığını vurğulayıb. O, klubun digər rəsmilərinə, azarkeşlərə və belə oyuna görə, futbolçulara minnətdarlığını ifadə edib.
Qeyd edək ki, "Qəbələ" mayın 28-də keçiriləcək final matçında "Keşlə" ilə üz-üzə gələcək.