Futbol üzrə Azərbaycan I Divizionunda XXIV tura start verilib.
Sportnet.az-ın məlumatına görə, ilk oyun günündə 3 qarşılaşma baş tutub. Turnir cədvəlinin lideri "Qaradağ Lökbatan" yenə xal itirib. "Mil-Muğan" - "Zaqatala" matçında qalib müəyyənləşməyib. MOİK səfərdə "Ağsu"dan üstün olub.
Qeyd edək ki, turun digər görüşləri sabah keçiriləcək.
19 aprel (cümə axşamı)
"Mil-Muğan” – "Zaqatala” - 0:0
Hakimlər: Anar Göyçayski, Hüseynxəlil Orucoğlu, Elşad Abdullayev, Emin Nağıbəyov
AFFA nümayəndəsi: Əlniyaz Mirzəyev
Hakim-inspektor: Əvəz Şıxıyev
Heydər Əliyev adına İmişli şəhər stadionu, 16:00
"Şüvəlan” – "Qaradağ Lökbatan” - 1:1
Qollar: Mübarək Şaquliyev, 14 - Ruslan Tağızadə , 71
Hakimlər: Rəvan Həmzəzadə, Mübariz Haşımov, Rahil Ramazanov, Ramiz Məhərrəmov
AFFA nümayəndəsi: Eldar Əlixanov
Hakim-inspektor: Əlibala Ələsgərov
"AZAL Arena”, 16:00
"Ağsu” – MOİK - 1:3
Qollar: Məlik Babayev - Ayaz Mehdiyev, 50. Ordan Həsənov, 82. Timur Dadaşov, 90+1
Hakimlər: Nail Nağıyev, Roman Vasilyev, Pərvin Talıbov, Səbuhi Bayramov
AFFA nümayəndəsi: Sahib Əliyev
Hakim-inspektor: Rufulla Kərimov
Ağsu şəhər stadionu, 16:00
20 aprel (cümə)
"Xəzər" – "Binə”
Hakimlər: Rəhim Həsənov, Rza Məmmədov, İsgəndər Əliyev, Fərid Məmmədov
AFFA nümayəndəsi: Rüfət Əliyev
Hakim-inspektor: Munis Abdullayev
"İnter Arena”, 14:00
"Turan Tovuz” – "Sabah”
Hakimlər: Orxan Məmmədov, Vaqif Musayev, Vüqar Bayramov, Xəlil Xəlilov
AFFA nümayəndəsi: Vahid Hüseynov
Hakim-inspektor: Nemət Mahmudov
Tovuz şəhər stadionu, 16:00