"Kəpəz”in əsas komandasının zədəli futbolçusu Dedimar Ferreyranın müalicəsi davam edir.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, reabilitasiya dövründə olan futbolçunun müalicəsində irəliləyişlər var. Dedimar artıq fitnes məşqləri ilə fərdi qaydada hazırlaşır.
Xatırladaq ki, müdafiəçinin diz bağlarında gərilmə var. Bu səbəbdən brazilyalı uzun müddətdir ki, kollektiv məşqlərdə və oyunlarda iştirak edə bilmir.
"Kəpəz" aprelin 22-də XXIV tur çərçivəsində "Səbail"in qonağı olacaq