
"Mançester Yunayted" klubu İngiltərə Kubokunun finalına yüksəlib.
Sportnet.az-ın məlumatına görə, "qırmızı şeytanlar" yarımfinalda "Tottenhem"ə qalib gəlib - 2:1. Londondakı "Uembli" stadionunda keçirilmiş görüşdə hesabı 11-ci dəqiqədə paytaxt komandasının futbolçusu Delle Alli açıb. Lakin 24-cü dəqiqədə Aleksis Sançes, 62-ci dəqiqədə isə Ander Errera fərqlənərək, "Mançester Yunayted"ə əzmkar qələbə qazandırıblar.
Finalda Joze Mourinyonun baş məşqçi olduğu kollektiv "Çelsi" - "Sautgempton" cütünün qalibi ilə qarşılaşacaq.